2 il əvvəl dünyaca məşhur müğənni Ariana Qrande ilə ailə quran Dalton Qomez boşanmaq qərarına gəlib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Ariana Qrande və Dalton Qomez bişanmaq üçün Los-Anceles məhkəməsinə üz tutblar.
Yanvar ayından Wicked filminin çəkilişləri üçün ərindən ayrı yaşayan Ariana Qrandenin uzun müddətdir ki, nikah üzüyü taxmaması da diqqət çəkib. İş qrafiki ilə əlaqədar bir-birlərinə vaxt ayıra bilməyən cütlük evliliklərində problem yaşamağa başlayanda ayrılmaq qərarına gəliblər. Cütlük dünən sakitcə boşanmaq üçün məhkəməyə müraciət edib. Məsələdən xəbəri olan mənbə CNN-ə bildirib ki, müğənni boşanma səbəbi kimi “barışmaz fikir ayrılıqlarını” göstərib.
Qeyd edək ki, Ariana Qrande və Dalton Qomez 2021-ci ildə 20 nəfərin qatıldığı mərasimdə evləniblər.
Xəyalə Rza
















