• Bakı 10° C

    5.61 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Vüsalə Əlizadədən KƏDƏRLİ PAYLAŞIM

MƏDƏNİYYƏT

21 Sentyabr 2023 | 00:17 | Müəllif: Subhan Mahmudov

Vüsalə Əlizadədən KƏDƏRLİ PAYLAŞIM

Aparıcı Vüsalə Əlizadə sosial şəbəkədə mərhum qardaşı barədə paylaşım edib.

Bakıvaxtı.az bildirir ki, o, qardaşı Əlihüseyn Əlizadənin doğum gününün olduğunu bildirib:

"Bir ömür qaysaq tutmayan yaram, doya-doya boynuna sarıla, kölgəsində güvənlə gəzə bilmədiyim, qardaş deyəndə çatlayan dodağım, ürəyimin sızıltısı, yanğısı, torpaq payı qardaşım... Mələklərlə qeyd etdiyin daha bir ad günün mübarək. Can parçam, gözümün içinə həkk olan qəm dağım, bir ömürlük həsrətim, intizarım, torpağda böyüyənim".

Qeyd edək ki, 2021-ci ildə avtomobil qəzasında vəfat edən Əlihüseyn Əlizadə Dövlət Sərhəd Xidmətinin zabiti olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Noyabr 2026