Məşhur müğənni Yonca Evcimik jurnalistlərə səslənib.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, Bodruma tətilə yollanan Yonca Evcimik jurnalistlərin kamerasına tuş gəlib. Onun yayılan görüntüləri ilə sosial şəbəkədə paylaşdığı şəkillər arasında xeyli fərq olub.
İzləyiciləri Yoncanı qınayaraq "fotoşoplusan" deyə fikir bildiriblər.
Sənətçi bu görüntülərin çəkilişlərlə əlaqədar olduğunu və kök olmadığını bildirib:
"Fotolar 3 gün fərqlə çəkilib. İşıq, çərçivə və obyektivə görə, nəticədə əldə edilən görüntülər elə alınıb. Mən jurnalist dostlarımızı daha yaxşılarını çəkmək üçün işləməyə dəvət edirəm".
Qeyd edək ki, Yonca Evcimik 90-cı illərdə "Abone", "Kendine gel" kimi məşhur albomların sahibidir.
Xəyalə Rza



jpg-1692620050.jpg)
jpg-1692620053.jpg)
jpg-1692620056.jpg)







jpg-1695104546.webp)





