• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xalq artistinin vəziyyəti AĞIRLAŞDI

CƏMİYYƏT

28 Avqust 2022 | 19:43 | Müəllif: Subhan Mahmudov

Xalq artistinin vəziyyəti AĞIRLAŞDI

Xalq artisti, "Uşaqlığın son gecəsi"-nin Muradı,  Azərbaycan kinosunun yeddi oğlundan biri, sevilən kino aktyoru Ənvər Həsənovun səhhəti ağırlaşıb. 

Bakıvaxtı.az xəbər verir ki, aktyor uzun müddətdir xəstəlikdən əziyyət çəkir.

O, hazırda Mərdəkanda, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında müalicə alır.

Qeyd edək ki, xalq artisti Ənvər Həsənovun 17 avqustda 72 yaşı tamam olub. Bir müddət əvvəl  mediaya açıqlama verən aktyor maddi vəziyyətindən və səhhətindən gileylənmişdi: “Ayaqlarım tutulub, güc-bəla ilə gəzirəm. Yüksək təzyiqim, şəkərim var. Ad günümdə, kino günündə gözlədim ki, yəqin mənə də prezident təqaüdü verərlər. Onu da vermədilər. Bu pula həqiqətən də ehtiyacım var. Nə dərmanlarımı ala bilirəm, nə də kommunal borclarımı ödəyə bilirəm. Bu il təqaüd verilmədi, gələn ilə isə sağ qalmaram. Nazirlik heç quru təbrik də etmədi” deyə sənətkar bildirmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026