• Bakı 21° C

    9.12 m/s

  • USD - 1.7

    EUR - 1.8131

    RUB - 0.0182

Bakı-Sumqayıt marşrutu üzrə reyslərin sayı artırılır

CƏMİYYƏT

27 Sentyabr 2022 | 19:11

Bakı-Sumqayıt marşrutu üzrə reyslərin sayı artırılır

Hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabr tarixindən etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən reyslərin sayı artırılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb.

Qeyd olunub ki, Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edəcək və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşəcək.

Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilir. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılır.

Qeyd edək ki, dəyişiklik edilən reyslərinin nömrələri cədvəldə sarı rənglə işarələnib.


SON XƏBƏRLƏR

22 Aprel 2024