• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Şəhid polkovnik-leytenant Telman Miriyevin anım günüdür

CƏMİYYƏT

27 Oktyabr 2022 | 16:32 | Müəllif: Qalib İbrahimoğlu

Şəhid polkovnik-leytenant Telman Miriyevin anım günüdür

Bu gün Azərbaycanın Silahlı Qüvvələrinin polkovnik-leytenantı Miriyev Telman Mirbaba oğlunun anım günüdür.

Bakıvaxtı.az xəbər verir ki, Telman Miriyev 1981-ci il iyulun 19-da Cəlilabad rayonunun Günəşli kəndində anadan olub. 

Polkovnik-leytenant T.Miriyev Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib.

2016-cı ilin Aprel döyüşlərində iştirak edən T.Miriyev Lələtəpə yüksəkliyinin düşməndən azad olunması istiqamətində aparılan döyüş əməliyyatına rəhbərlik edib.

XTQ zabiti Telman Miriyev 2016-cı il oktyabrın 27-də hərbi poliqonlardan birində praktiki məşqlər zamanı həlak olub. Mərhum doğulub boya-başa çatdığı Cəlilabad rayonunda torpağa tapşırılıb. 

Qeyd edək ki, həlak olan XTQ zabiti polkovnik-leytenant Telman Miriyevə ölümündən beş il sonra şəhidlik statusu verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026