• Bakı 20° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Qorxulu araşdırma! Koronavirusun əlamətləri illər sonra ortaya çıxır - XƏBƏRDARLIQ

CƏMİYYƏT

27 Sentyabr 2022 | 17:46

Qorxulu araşdırma! Koronavirusun əlamətləri illər sonra ortaya çıxır - XƏBƏRDARLIQ

Dünyada 6 milyondan çox insanın ölümünə səbəb olan koronavirus epidemiyası ilə bağlı ABŞ-da diqqətəlayiq araşdırma aparılıb.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən məlumatına görə, ABŞ-ın Case Western Reserve Tibb Məktəbinin alimləri koronavirusun uşaqlarda 1-ci tip diabetə səbəb ola biləcəyini açıqlayıblar.

Tədqiqata rəhbərlik edən Pamela Davis deyib ki, 1-ci tip diabet otoimmün xəstəlik kimi tanınır. Onun sözlərinə görə, bu, adətən orqanizmin immun sistemi insulin istehsal edən hüceyrələrə hücum etdikdə baş verir və nəticədə insulin istehsalı dayanır və xəstəlik yaranır. "Covid-19-un həm də otoimmün xəstəlik olduğuna dair artan sübutlar var".

"JAMA Network Open"də dərc edilən araşdırmada 1 milyondan çox gənc xəstənin məlumatları və sağlamlıq vəziyyəti araşdırılıb. 18 yaşından kiçik xəstələrin sağlamlıq məlumatlarını araşdıran elm adamları Covid-19 ilə 1-ci tip diabet arasında əlaqənin qurulduğunu da bildiriblər.

Alimlər araşdırmalar nəticəsində Covid-19-a yoluxan gənclərin xəstələndikdən 6 ay sonra 1-ci tip şəkər xəstəliyinə tutulduğunu müəyyənləşdiriblər. 1-ci tip şəkərli diabetə meylli ailələr Covid-19-dan sonra uşaqlarına diqqət etməli və sağlamlıq durumlarını yoxlamalıdırlar.

Covid-19-un 1-ci tip diabetə səbəb olub-olmadığı hələ məlum olmasa da, 18 yaşdan kiçik gənclərin 100/72-nin koronavirusdan sonra xroniki xəstəliklərə tutulduğu müşahidə edilib.

Araşdırmanı qiymətləndirən Davis qeyd edib ki, 1-ci tip diabet riski yüksək olan ailələr, xüsusilə Covid-19-dan sonra uşaqlarının sağlamlıq vəziyyətini yaxından izləməlidirlər: "Xüsusən də "omikron" variantı uşaqlar arasında sürətlə yayıldığı üçün yaxın aylarda və ya illərdə xəstəliklərin xeyli artması mümkündür”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR