• Bakı 11° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Xüsusi karantin rejiminin müddəti uzadıldı

CƏMİYYƏT

27 Oktyabr 2022 | 15:30

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 noyabr saat 06:00-da başa çatırdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026