Tanınmış. yazıçısı, şair, publisist, aparıcı Həmid Herisçinin vəziyyəti qənaətbəxşdir.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.
Onun Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanada müalicəsinin davam etdirildiyi qeyd olunub.
Bir neçə gün sonra ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.
Qeyd edək ki, Həmid Herisçi bir neçə gün öncə qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.















