• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bəzi cəzaçəkmə müəssisələrində normadan artıq şəxs saxlanılıb

CƏMİYYƏT

29 Fevral 2024 | 11:58

Bəzi cəzaçəkmə müəssisələrində normadan artıq şəxs saxlanılıb

İstintaq təcridxanalarında və bəzi cəzaçəkmə müəssisələrində mövcud normadan artıq şəxsin saxlanıldığı halları müşahidə edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə qeyd olunub ki, penitensiar müəssisələrdə müəyyən edilən əsas problemlərdən biri də sıxlıqla bağlı olub.

Belə ki, 2 500 nəfər üçün nəzərdə tutulmuş Bakı İstintaq Təcridxanasında başçəkmələr zamanı limitdən daha çox şəxsin saxlanıldığı müəyyən olunub. Bununla yanaşı, 700 nəfərlik 2 saylı İstintaq Təcridxanasında 800, 1 050 nəfərlik 3 saylı İstintaq Təcridxanasında 1 400 nəfərin saxlandığı, 1 200 nəfər saxlanma limiti olan 2 saylı cəzaçəkmə müəssisəsində isə 1 411 məhkumun cəza çəkdiyi müəyyən edilib.

Bildirilib ki, penitensiar müəssisələrdə sıxlığın azaldılması istiqamətində kompleks tədbirlər davam etdirilir. Bununla belə, əksər hallarda həbs qətimkan tədbirinin seçilməsinə dair, habelə həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanları tərəfindən verilən təqdimatların çoxluğu və bir qayda olaraq, həmin təqdimatların məhkəmələr tərəfindən təmin edilməsi istintaq təcridxanalarında sıxlığın yaranmasına səbəb olur.


SON XƏBƏRLƏR

26 Iyul 2024