• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Bunlar qida asılılığı yaradır

CƏMİYYƏT

29 Fevral 2024 | 12:18

Bunlar qida asılılığı yaradır

Ultra emal olunmuş qidalar (fast food, hazır yeməklər, şokolad, dondurma) beynin mükafat sistemindəki həzz mərkəzlərinə xüsusi təsir edərək asılılıq yaradır.

Bakıvaxt.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə britaniyalı həkim Kris van Tulleke açıqlama yayıb.

Ultra emal olunmuş məhsullara emulqatorlar, qatılaşdırıcılar və süni ləzzətlər əlavə edilməklə çirklərdən maksimum təmizlənmiş inqrediyentlərdən sənaye şəraitində istehsal olunan məhsullar daxildir.

Həkim qeyd edib ki, bu hazırlıq və emal üsulu beynin mükafat, diqqət və yaddaşa cavabdeh olan sahələrini işlənməmiş və minimal işlənmişlərə nisbətən daha çox aktivləşdirir.

Fabrikdə hazırlanmış şirniyyatlar, fast food, pizza və çipslər beyindəki həzz mərkəzlərini həyəcanlandırır və neyronlar tərəfindən dofamin ifrazını stimullaşdırır ki, bu da insana rahatlıq hissi verir və əhval-ruhiyyəni artırır.

Onun sözıərinə görə, bəzi insanlar üçün qida rasionunun əsasını emal olunmuş qidalar təşkil edir. Həddindən artıq istehlak fiziki sağlamlığa mənfi təsir göstərərək, çəkinin artmasına səbəb olur və ürək-damar xəstəlikləri və diabet inkişaf riskini artırır.

O, belə qidaların depressiya riskini artıra biləcəyini də qeyd edib.

Mina Mikayılova


SON XƏBƏRLƏR

26 Iyul 2024