• Bakı 17° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Xətai rayonunda səkinin zəbt edilməsinin qarşısı alındı

CƏMİYYƏT

12 May 2021 | 21:15

Xətai rayonunda səkinin zəbt edilməsinin qarşısı alındı

Bakı Nəqliyyat Agentliyinin (BNA) müdaxiləsi ilə Xətai rayonu Xudu Məmmədov küçəsində piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb.

Bu barədə Bakivaxti.az BNA-ya istinadən xəbər verir.

Səkidə quraşdırılan və piyadaların hərəkətinə maneə yaradan konstruksiyalar yığışdırılıb.
"Bir daha bildiririk ki, səkilərin zəbt olunması yolverilməzdir. Bu cür hallar piyadaların rahat, təhlükəsiz və maneəsiz hərəkət imkanlarını məhdudlaşdırır. Piyadaların hərəkət təhlükəsizliyi səviyyəsini minimuma endirir", - deyə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.


SON XƏBƏRLƏR