• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Uğurları yaşından böyük olan məktəb lidersiz qaldı

CƏMİYYƏT

11 Iyun 2021 | 14:37

Uğurları yaşından böyük olan məktəb lidersiz qaldı

 

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yaydı ki, 311 nömrəli tam orta məktəbin direktoru Esmira Muradova tutduğu vəzifədən azad olunub.

Bu açıqlama məktəbin kollektivi, şagirdləri və valideynləri üçün gözlənilməz oldu. Mən də, məktəbin fəaliyyəti ilə yaxından tanış olan və təhsil müəssisəsinin uğurundan xəbərdar vətəndaş və valideyn kimi çox təəssüflə bu xəbəri oxudum.

Müasir, yaradıcı və fədakar təhsil təşkilatçısı olan Esmira xanım  2007-ci ildən fəaliyyətə başlayan bir təhsil ocağının bütün yükünü öz üzərinə götürdü, burada təlim və tərbiyənin vəhdətini yaratdı.

Xatırlayıram ki, məktəbin ən çətin illərində belə o məsuliyyətdən qaçmadı, “mənlik deyil” demədi, istefa vermədi. Belə ki, təhlükəsizlik tədbirlərinin görülməsi ilə əlaqədar 4 il (2012-2016-cı illərdə) məktəbin binası şagirdlərin üzünə bağlandı. Müəllimlər və şagirdlər müvəqqəti olaraq başqa məktəblərə köçürüldülər. Savad, zəhmət və səbr tələb edən bu müddətdə də pedaqoji prosesdə çətinlik və ləngimə olmadı. Həmçinin qarşıya çıxan nöqsan və problemlər yerindəcə öz həllini tapdı. Şagirdlərin təlim-tərbiyəsi və tədris prosesi yüksək səviyyədə davam etdirildi.

Şübhəsiz ki, gənc nəsilə milli və bəşəri  dəyərləri aşılamaq, onları şəxsiyyət kimi yetişdirmək, şagirdlərdə müəyyən bacarıq və vərdişlər formalaşdırmaq olduqca məsuliyyətlidir. Esmira Muradovanın fədakar fəaliyyəti nəticəsində 311 nömrəli tam orta məktəb ənənə və uğurları ilə tanındı. Digər məktəblərlə sağlam rəqabət aparan, hətta liseyləri geridə qoymağı qarşılarına məqsəd qoyan bu təhsil ocağının minlərlə  məzunu tələbə adını qazandı. Onlar hazırda müxtəlif sahələr üzrə mütəxəssis kimi dövlətimizə və cəmiyyətimizə xidmət edirlər.

Bəli, bu uğur hekayəsinin müəllifi Esmira xanım və müəllimləri başqalarına nümunə olmağı bacardılar. Məktəbimizdə qarşıya qoyulan məqsəd və hədəflərə çatmaq üçün bütün lazımi işlər həyata keçirildi.  İndi sözügedən təhsil ocağını tədrisin və idarəçiliyin təşkilində həm pedaqoq, həm də rəhbər kimi Esmira Muradovasız təsəvvür etmək asan deyil. Amma verdiyi qərara sayğı ilə yanaşırıq. Heç vaxt sarsılmayan, nizam-intizamın yüksək olduğu bir ordu yaratdınız, birlik və bərabərlik olan bir ordu...

Ümid edirəm ki, özünün ənənələri ilə tanınan məktəbimiz bundan sonra da daim uğur əldə edəcək. 

İqbal Alısoy

Bakıvaxtı.az


Uğurları yaşından böyük olan məktəb lidersiz qaldıUğurları yaşından böyük olan məktəb lidersiz qaldıUğurları yaşından böyük olan məktəb lidersiz qaldıUğurları yaşından böyük olan məktəb lidersiz qaldı
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026