Xəzər dənizində 3,7 bal gücündə zəlzələ olub.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət mərkəzindən məlumat daxil olub.
Zəlzələ yerli vaxtla saat 08:22-də qeydə alınıb.
3,7 bal gücündə olan yeraltı təkanın dərinliyinin 19 kilometr olduğu bildirilib.
















