2023-cü ilin əvvəlində Xəzər dənizində qəflətən peyda olan “Kabus ada” elm adamlarının diqqətini çəkir, lakin eyni sürətlə yenidən yox olmağa hazırlaşır.
Bakıvaxtı.az "Globalhaber"ə istinadla xəbər verir ki, NASA peyk görüntüləri adanın birdən-birə göründüyünü və yoxa çıxana qədər kiçildiyini göstərib.
NASA-nın iki fərqli peykindən alınan vaxtaşırı görüntülər adanın 2023-cü ilin yanvar-fevral aylarında qəfil göründüyünü və 2024-cü ilin sonuna qədər yalnız kiçik bir parça qalana qədər tədricən yoxa çıxdığını ortaya qoyur. Ada Azərbaycan sahillərində, materikdən təxminən 20 kilometr aralıda yerləşir.
Palçıq vulkanının püskürmələri adətən kütləvi atəş topları ilə nəticələnsə də, 2023-cü ildə adanın formalaşması sakit şəkildə baş verdi. Bu vəziyyət vulkanın püskürmələrini izləyən alimləri təəccübləndirib və diqqətini cəlb edib.
Geofizik və palçıq vulkanı mütəxəssisi Mark Tinqay bu adanın 2024-cü ilin noyabrında meydana çıxdığını gördüyünü bildirib. Bununla belə, Tinqay, adanın 2023-cü ildə və ya sonrasında heç bir rəsmi qeydinin olmadığını vurğulayaraq, qeyd edib ki, bir ada dənizdə 20 kilometr yüksəlir və heç kim bunu hiss etmir:
Bu, inanılmazdır. Kumani Banka palçıq vulkanı dəniz dibinin altında yerləşir və belədir. Təsadüfi püskürmələrlə səthə qalxaraq palçıq adaları yaradır. İlk dəfə 1861-ci ilin mayında sənədləşdirilən ada bir il sonra sular altında batıb. Ada 20-ci əsrdə ən azı altı dəfə eyni şəkildə görünüb, adətən iki ildən çox qalmayıb.
Murad Məmmədli