Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub, sonra kəndə köçən bir qrup sakinlə görüşüb.
Bakıvaxtı.az Prezidentin sakinlərdən biri ilə maraqlı dialoqunu təqdim edir:
Prezident: Azərbaycan vətəndaşları indi burada gözəl evlərdə rahat yaşayırlar. Ev-eşik, təsərrüfat, mal-qara, hər şey. Bal da, maşallah çox dadlıdır. Bu bölgənin balının da fərqli dadı var.
Kişi sakin: Bu, qaratikan balıdır.
Prezident İlham Əliyev: Mən 2020-ci ildən sonra - müharibədən sonra, Zəfərimizdən sonra ancaq bu bölgənin balını yeyirəm. Kəlbəcər və Laçın balını. İndi Ballıca balı da yedim.
Kişi sakin: Mən ürəyimdə deyirdim ki, İlahi, görəsən qismət olar ki, gedək Ballıcadan keçək, Vətənə baxaq? Ay Allah, bu günü bizə nəsib eləyənə qurban olum. Bu, böyük Qələbədir, böyük Qələbədir.
Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm, xoşbəxt yaşayın.
Kişi sakin: Çox sağ olun.