• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yol polisi sürücülərə və piyadalara müraciət etdi

CƏMİYYƏT

21 Mart 2025 | 14:51 | Müəllif: Gülşən Şərif

Yol polisi sürücülərə və piyadalara müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə və piyadalara müraciət edib.

İdarədən Bakıvaxtı.az-a verilən məlumata görə, sürücünün nəzərdə tutulmuyan yerdə sərnişini endirməsi, eləcədə avtomobilin sürətli şəkildə idarə olunması sonda qəzaya səbəb olub:

"Ölkədə qeydə alınan yol qəzalarına təkcə sürücülərin yox, piyadaların da diqqətsizliyi səbəb olur. Bəzən yaxınlıqdakı keçidlərdən istifadə etməyən, işıqforu gözləməyən piyadalar avtomobillərin sürətlə hərəkət etdiyi yola çıxırlar. Bu diqqətsizlik ya onların ölümü, ya da bir neçə avtomobilin toqquşması ilə nəticələnir.

Yolu keçməyin onlar üçün tam təhlükəsiz olacağını əmin olduqdan sonra hərəkətə keçməlidir. Piyada hər zaman düşünməlidir ki, yaxınlaşan avtomobilin sahibi yol hərəkəti qaydalarına əməl etməyə bilər. Yəni piyada öz təhlükəsizliyini təmin etməlidir. Sutkanın qaranlıq vaxtında da piyada nəqliyyat vasitələrinin məsafəsini, sürətini qiymətləndirməlidir" - deyə idarədən bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026