• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Xızıda 7 ədəd sənədsiz silah təhvil götürüldü

CƏMİYYƏT

29 Noyabr 2023 | 00:31

Xızıda 7 ədəd sənədsiz silah təhvil götürüldü

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, qeyd olunan tədbirlər zamanı bu gün ərzində polis əməkdaşları tərəfindən 1 ədəd “AKS-74” markalı avtomat, 1 ədəd həmin silaha məxsus patron darağı, 6 ədəd müxtəlif növ tüfəng və 25 ədəd güllə təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.


SON XƏBƏRLƏR

26 Iyul 2024