"Mən həmişə sözün düzünü demişəm, heç vaxt heç kimdən çəkinməmişəm".
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri teleaparıcı Xoşqədəm Hidayətqızı deyib.
O, mərhum Xalq artisti, primadonna İlhamə Quliyevadan danışaraq od püskürüb:
"Bəziləri var idi ki, vaxtında cəsarət edib İlhamə xanıma söz deyə bilmirdilər, o öləndən sonra danışdılar. Mən onlardan deyiləm. Nə varsa, onu deyirəm. O qadının arxasıyca danışmayacam. Amma bu gün bu hadisələrdən sonra mən ona nifrət etdim".
Qeyd edək ki, İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan adlı bəy bir neçə gündür ki, itkin düşüb.
Ziyafət Əlisoy