• Bakı 25° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Xüsusi nümayəndə: Ağdam şəhərində hazırda 10 minə yaxın şəxs yaşayır

CƏMİYYƏT

15 Iyul 2025 | 12:20

Xüsusi nümayəndə: Ağdam şəhərində hazırda 10 minə yaxın şəxs yaşayır

“Ağdamın üç kəndinə köç başlayıb. Ağdam şəhərinə köç olmasa belə şəhər ərazisində 10 minə yaxın əhali yaşayır".

Bakıvaxtı.az xəbər verir ki, bunu bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə Ağdam şəhərində keçirilən konfransda çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

O, həmçinin ərazilərdə aparılan minatəmizləmə işləri ilə bağlı məlumat verib: "Ağdam rayonunun 51,24, Füzuli rayonunun 67,76, Xocavənd rayonunun isə 7,56 faiz hissəsi minalardan təmizlənib. Bundan başqa, bir sıra infrastruktur layihələri həyata keçirilib. Ümümi uzunluğu 593,7 kilometr olan 16 avtomobil yolu, ümumi uzunluğu 47,1 kilometr olan dəmiryol xətti, son səkkiz ay içində bir beynəlxalq hava limanı, 8 yarımstansiya, 4 su anbarı və 6 su kanalı, o cümlədən magistral qaz xətti inşa olunub".


SON XƏBƏRLƏR