• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xüsusi təyinatlılar təlimin növbəti mərhələsini icra ediblər - VİDEO

CƏMİYYƏT

05 Noyabr 2022 | 17:38 | Müəllif: Qalib İbrahimoğlu

Xüsusi təyinatlılar təlimin növbəti mərhələsini icra ediblər - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təliminin növbəti mərhələsi icra edilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Verilən məlumata görə, real döyüş şəraitinə uyğunlaşdırılmış təlimin növbəti mərhələsində xüsusi təyinatlılar ərazinin qorunma xüsusiyyətləri və maskalanma vasitələrindən istifadə etməklə müxtəlif kəşfiyyat tapşırıqları yerinə yetiriblər.

Ssenariyə əsasən şərti düşmənin komanda-idarəetmə məntəqələri, rabitə mərkəzləri sıradan çıxarılıb, eləcə də yaşayış məntəqələrindəki infrastruktur obyektlərində gizlənən canlı qüvvə zərərsizləşdirilib.

Təlimdə həmçinin döyüş meydanında qrupun qarşılaşa biləcəyi maneələr mobil qruplar şəklində dəf edilərək şərti hədəflərə qəfil atəş basqını icra edilib.

Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimində qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026