“Abşeron-Şərab” ASC-yə gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.
Bakıvaxtı.az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2 maddəsi ilə iddası ilə irəli sürülüb.
Həmin maddədə qeyd olunub ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İşə Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılır.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsi İnzibati Xətalar Məcəlləsinin 485.2 maddəsi əsasında ötən ay (noyabr) da protokol tərtib edərək işi məhkəməyə göndərmişdi.
Həmin işə Abşeron rayon Məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə baxılır.
İbRa








jpg-1672815241.webp)







