"Xırdalanda yaşadığım, oranın çox ağır həyat şərtlərilə hər gün üzləşdiyim üçün ara-sıra ordan yazıram. Ən azından ümid edirsən ki, bəlkə hansı rəsminin altındakı kreslonu tərpədə, narahat edə".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, Xırdalan cəmi 17 kv/km ərazi olan bir yaşayış məntəqəsidir. 1700 hektrar ərazidə ən azı 250 min nəfər yaşadığı barədə məlumat var: "Rəsmi sənəd üzərində 110 min göstərlir, amma icra hakimiyyət sistemində çalışanlardan qeyri-rəsmi kanallarla öyrəndiyimə görə 250 min nəfəri ötür. Başqa bir rəqəm də tapmışam - elektrik abonentlərinin (yalnız əhali) sayı 50 mindən artıqdır.
Gedənlər-yaşayanlar bilir, bu ərazidə yol infrastrukturu fəlakətli həddədir. Tikdikcə tikiblər, amma normal yol-nəqliyyat infrastrukturu yaratmaq, nəqliyyat növlərini şaxələndirmək heç kimi ağlının ucundan keçməyib. Bunlar artıq olub-keçən işlərdir".
R.Ağayevə görə, amma indi dözülməz olan odur ki, bütün taksilər dəstə ilə avtobus dayanacaqlarını zəbt edirlər: "Avtobulsar da öz yerlərində sərnişin götürmək imkanı tapmadığına görə onsuz da dar olan küçələrdə maşınların hərəkət zolağında insanları düşürüb-mindirməyə məcbur qalırlar. Hərəkət zolağında avtobus dayanırsa, aydın ki, bütün hərəkət dayanır və böyük tıxaclar yaranır. Hər gün on minlərlə insan normalda 5-10 dəqiqəyə tərk edə biləcəyi ərazinin 35-40 dəqiqəyə güc-bəla ilə çıxıb Sumqayıt yolundakı növbəti tıxaca çata bilir".
"Uzunmüddətli müşahidələrim onu göstərir ki, XIrdalan daxilində nəqliyyatın tənzimlənməməsi, avtobusların dayanacaqda taksi əlindən özlərinə yer tapa bilməməsinə hansısa maraqlar yaşıl işıq yandırır. Əks halda bu problem həll etmək çox asandır: dayanacaqlara kameralar yerləşdirilir, avtobusların yerini zəbt edənlər həmən cəzalandırılır.
Anlayıram ki, Xırdalanda avtobuslar çox pis işləyir və insanlar 1 manatlıq taksilərdən istifadə etməyə məhkumdurlar. Amma taksi dayanacaqlarının avtobus dayanacaqlarından 5-10 metr irəlidə dayanması üçün də kifayət qədər imkan var", - deyə Rövşən Ağayev əlavə edib.
Aytac Aslan










jpg-1672815241.webp)




