• Bakı 10° C

    10.64 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ADY-yə məxsus qatarın adam öldürməsilə bağlı cinayət işi açıldı

CƏMİYYƏT

04 Yanvar 2023 | 15:18

ADY-yə məxsus qatarın adam öldürməsilə bağlı cinayət işi açıldı

Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz sakinini vuraraq öldürməsi ilə bağlı cinayət işi başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, yanvarın 3-də saat 20 radələrində Azərbaycan Dəmir Yolları QSC-yə məxsus qatarın Tovuz rayonu ərazisindən keçən zaman 1986-cı il təvəllüdlü Tural Yaqubovu vurması və onun aldığı xəsarətlərdən ölməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatında hərəkət təhlükəsizliyi və istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026