• Bakı 22° C

    4.22 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Naxçıvanlı müəllimlər etiraz edir - YENİLƏNİB

CƏMİYYƏT

03 Fevral 2023 | 13:59

Naxçıvanlı müəllimlər etiraz edir - YENİLƏNİB

Naxçıvan şəhərindəki 12 nömrəli tam orta məktəbdə baş verən insidentdən sonra Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məktəbə gəlib.

Bakıvaxtı.az xəbər verir ki, təhsil naziri məktəbdə yaranan narazılıqla bağlı açıqlama verib: "12 nömrəli tam orta məktəb Naxçıvan Muxtar Respublikasının ən öndə gedən məktəblərindən biridir və burada nüfuzlu müəllimlər çalışır. Məktəbin nəticələri də uğurludur. Ötən tədris ilində məktəb 71 faizdən çox qəbul verib və məktəbi qızıl nişanla bitirən məzunlar olub. Bu da burada çalışan kollektivin əməyinin nəticəsidir. Sadəcə, direktorla məktəb kollektivi arasında anlaşılmazlıq olub. Dünən və bu gün burada xüsusi komissiya ilə iclas keçirdik və komissiyaya tərəfindən bir daha təhlillər aparıldı. İndi yekun protokollar hazırlanır və gün ərzində qərar veriləcək". /APA
 

09:11

Naxçıvan şəhərində yerləşən 12 nömrəli tam orta məktəbin müəllimlərinin etirazı davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bugün səhər saatlarından müəllimlər məktəbin qarşısına toplaşıblar.

Onların heç biri dərsə girməyib.

Müəllimlər yeni təyin olunan direktor Turan Məmmədli məktəbdən getməyincə dərs keçməyəcəklərini deyirlər.

Hadisə yerinə Naxçıvan MR-in təhsil naziri Rəhman Məmmədov gəlib. /APA


SON XƏBƏRLƏR

19 Aprel 2024