• Bakı 18° C

    7 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Müəllimlərin daha çox maaş aldığı ölkələr - SİYAHI

CƏMİYYƏT

03 Fevral 2023 | 14:16

Müəllimlərin daha çox maaş aldığı ölkələr - SİYAHI

"Euronews-un Türkiyə bölümünün 3 ay əvvəl hazırladığı bir araşdırma qarşıma çıxdı. Türkiyə də daxil olmaqla 35 Avropa ölkəsində yeni fəaliyyətə başlayan müəllimlərin illik qazancları ilə bağlı geniş araşdırma məqaləsi hazırlayıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Rövşən Ağayev deyib.

Onun sözlərinə görə, ölkələr üzrə müəllimlərin llik qazancları həm nominal (cari məzənnə), həm də alıcılıq qabiliyyəti pariteti (AQP) əsasında təqdim edilib: "Məlumatlar 2020-ci ilin yekunlarına aiddir.

Nominal məzənnə ilə yeni fəaliyyətə başlayan müəllimlərə ən yüksək məvacib (vergi çıxılmadan) ödənən ilk 5 ölkə aşağıdakı kimidir:

1. Lüksemburq - 69076 avro

2. İsveçrə - 66972 avro

3. Almaniya - 54129 avro

4. Danimarka - 47980 avro

5. İslandiya - 45468 avro

O zaman üçün Türkiyə üzrə bu göstərici 8330 dollar təşkil edib.

Ölkələrarası qiymət fərqini nəzərə alan AQP əsasında hesablamaya görə, ilk 5-likdə gənc müəllimlərin məvaciblərinin sıralaması belədir:

1. Almaniya - 50357 avro

2. Lüksemburq - 46066 avro

3. İsveçrə - 38601 avro

4. Danimarka - 32627 avro

5. Avstriya - 32865 avro

Türkiyədə isə AQP ilə illik gənc müəllim maaşı həmin dövr üçün 28455 dollar olmuşdu".

R.Ağayev qeyd edib ki, göründüyü kimi, alıcılıq qabiliyyəti baxımından Avropa məkanında ən yüksək həyat standartlarına sahib gənc müəllimlər Almaniyadadır: "Soruşsanız Azərbaycanın yeri hardadır orda, kobud bir hesablama belə bir mənzərəni ortaya qoyur: Nominal məzənnəyə görə, Almaniyadan təxminən 16 dəfə, AQP-yə görə 6 dəfə fərq var. Nominal maaş göstəricinə görə, Azərbaycanda gənc müəllimlərin illik maaşı 36 ölkə arasında ən axırıncı yerdə olan Albanuyadan da təxminən 20% aşağıdır. AQP-yə görə isə yalnız Albaniya ilə müqayisə ediləcək məbləğdədir".

Aytac Aslan


SON XƏBƏRLƏR

24 Aprel 2024