• Bakı 16° C

    2.04 m/s

Yanğınsöndürən avtomobil qaydaları belə pozdu - VİDEO

CƏMİYYƏT

19 Aprel 2023 | 12:35

Yanğınsöndürən avtomobil qaydaları belə pozdu - VİDEO

Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 30 saylı Yanğından Mühafizə Bölməsinin nəqliyyat vasitəsi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törədib.

Bakıvaxtı.az-ın kamerasına tuş gələn nəqliyyat vasitəsinin istismara yararsız olduğu bəlli olub.

Belə ki, yanğınsöndürən avtomobildə dövlət qeydiyyat nişanı yerində olmayıb və xarici işıq cihazlarından biri – arxa “stop” işləməyib. Maşından su axa-axa isə hərəkət davam edilib.

İnzibati Xətalar Məcəlləsinin 98-ci maddəsində bildirilib ki, tormoz sistemi və ya sükan idarə mexanizmi nasaz olan və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri, şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan edilir.

Məcəllənin 342.5-ci maddəsində bildirilib ki, xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə - əlli manat məbləğində cərimə edilir.

Məcəllənin 96.1.2-ci maddəsində bildirilib ki, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanları və ya onlardan biri olmadıqda, yaxud saxta və ya qeyri-standart olduqda və ya nəqliyyat vasitəsini başqa nəqliyyat vasitəsinə verilmiş dövlət qeydiyyat nişanı ilə idarə etdikdə fiziki şəxslər aşağıdakı hallarda nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılır.

Məcələnin 342.1.3-ci maddəsində bildirilib ki, dövlət qeydiyyat nişanlarından birinin yerində olmamasına görə, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulur.

Məcəllənin 342.7-ci maddəsində bildirilib ki, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə- altmış manat məbləğində cərimə edilir. 

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR