• Bakı 12° C

    6.31 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Depressiya nədən yaranır: Necə xilas olmalı?

CƏMİYYƏT

19 May 2023 | 11:58 | Müəllif: Qalib İbrahimoğlu

Depressiya nədən yaranır: Necə xilas olmalı?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlara əsasən, depressiya birinci yerdə gedən xəstəlikdir. Bir sıra ağır xəstəliklərin - onkologiya, mədə-bağırsaq sistemi xəstəlikləri, ürək-damar xəstəlikləri, artıq çəki problemi və s. - yaranmasına əsas səbəb də məhz depressiyadır.

Depressiya bu günün böyük bəlasıdır. Həm qadınlar, həm kişilər, hətta uşaqlar və yeniyetmələr arasında çox yayılıb. Depressiyanın ən ağır nəticələrindən biri də intihardır.

Psixoloq Elmir Əkbər Bakıvaxtı.az-a bildirib ki, hər şeydən öncə bir xəstəlik olan depressiyanın əsas, yanaşı, fizioloji əlamətləri var. Depressiyaya düşən insanın həyata marağı azalır, enerjisi azalır: “Əvvəl zövq aldığı şeylər ona zövq vermir. Və ən dəhşətlisi yaşamaq hissini itirmiş olur. Belə adamlarda yaddaşsızlıq yaranır. Etməli olduğu şeyləri unudur. Danışarkən deməli olduğu sözlər yadından çıxır. Yuxu problemi yaşanır. Ağlına hər cür fikirlər gəlir. Bəzən yuxudan təşviş hissi ilə oyanırlar. Gün ərzində əzgin, halsız olurlar”.

Onun sözlərinə görə, depressiyaya düşən insanlarda qidalanma problemi olur: “Bəzən insanlar iştahdan kəsilir. Ancaq elə insanlar da var ki, dayanmadan yeyir. Yediklərindən zövq ala bilmirlər. Nəticədə artıq çəki problemi yaranır. Cinsi həyatda problem yaşanır. Cinsi istəklərdə azalma müşahidə olunur. Kisilərdə erkən boşalma, qadınlarda vaginizim formasında özünü büruzə verə bilir”.

Depressiyanın əsas məqsədi insanı təkliyə sövq etməkdir. E.Əkbər bildirib ki, ümumiyyətlə, sosial çevrədə olmaq lazımdır: “Həmin insanlar çalışıb aktiv həyat sürsünlər, hobbiləri ilə məşğul olsunlar, heyvan sahiblənsinlər, dost-tanışla görüşsünlər. Kitab oxusunlar".

Müsahibimiz deyir ki, belə insanlar mütləq həkim-psixoterapevtə müraciət etməlidirlər: "Depressiyanın növləri də çoxdur. Buna həkim diaqnoz qoymalıdır. Adi tibb təhsili olmayan psixoloq diaqnoz qoya bilməz. Sadəcə, həkim-psixoterapevt tapmaq və onunla birlikdə işləmək lazımdır. Problemin qaynağı məlum olandan sonra psixoloqa müraciət edilməlidir”.

Onun sözlərinə görə, birgə fəaliyyət nəticəsində problem aradan qaldırıla bilər. “Lakin, bunu insan özü bəzən edə bilmir. Çünki, depressiyada olanda insanın sadaladıqlarımı etməyə həvəsi olmur. psixoterapevtə müraciət etmək daha məqsədyönlüdür" .

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR