• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Dövlət qulluğuna qəbul imtahanı keçirilir

CƏMİYYƏT

18 Iyun 2023 | 09:31 | Müəllif: Subhan Mahmudov

Dövlət qulluğuna qəbul imtahanı keçirilir

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 18-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçirilir.

DİM-dən Bakıvaxtı.az-a verilən məlumata görə, imtahan bütün binalarda saat 10:00-da başlanır və 3 saat davam edir. 

Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmır. 

İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 506, BB qrupu üzrə 1464 olmaqla, ümumilikdə 1970 namizəd qeydiyyatdan keçib. İmtahanının keçirilməsi üçün 8 ümumi imtahan rəhbəri, 23 imtahan rəhbəri, 171 nəzarətçi müəllim, 28 buraxılış rejimi əməkdaşı cəlb edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026