• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Daha bir bələdiyyə sədri cəzalandırıldı

CƏMİYYƏT

17 Iyul 2023 | 18:47 | Müəllif: Subhan Mahmudov

Daha bir bələdiyyə sədri cəzalandırıldı

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə rayon ərazisində keçirdikləri tədbirlər zamanı Zəyəm kəndində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.

DİN-dən Bakıvaxtı.az-a bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə həmin kəndin bələdiyyə sədri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Həmçinin, davam etdirilən tədbirlər zamanı məişət tullantılarını urnalardan kənara atan şəxslər də müəyyən edilib, onlarla profilaktiki söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026