Koronavirusun hissəsi olan, peyvəndlərə və immunitet sisteminə müdaxilə edən sünbül zülalında 30-dan çox mutasiya ilə yeni subvariant ştamm müəyyən edilib. "Deyəsən, bir daha maska taxmağın vaxtı çatıb" deyə alimlər xəbərdarlıq edirlər.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, elm adamları "çox sayda yeni mutasiya" ehtiva edən bir variant aşkar etdikdən sonra yeni qlobal Covid-19 dalğası ilə bağlı həyəcan təbili çalıblar.
Covid-19-un rəsmi adı olmayan, lakin BA.6 olaraq təyin olunan yeni alt variantı indiyədək yalnız Danimarka və İsraildə aşkar edilib. Alimlər xəbərdarlıq ediblər ki, BA.6 Omikrondan fərqli görünmək üçün təkamül edərsə, bu, vaksinləri daha az təsirli edə bilər. Digər tərəfdən, inkişaf ABŞ-ın Eris adlı fərqli bir variantla mübarizə apardığı vaxtda gəlib.
ABŞ-da Covid-19 səbəbiylə xəstəxanaya yerləşdirilənlərin sayı bir həftədə 14 faiz artaraq 10,320-yə çatıb. ABŞ Qida və Dərman İdarəsi gücləndirici peyvəndlərin bu payızda vurulmasını tövsiyə edir, lakin peyvəndlər yeni ştamlardan çox, ilin əvvəlində problemlərə səbəb olan XBB variantlarında təsirlidir. Ancaq yeni ştamın Erisdən daha təhlükəli olduğuna dair heç bir fakt yoxdur.
İndiyədək 3 BA.6 yoluxması müəyyən edilib, lakin ekspertlər bunun aysberqin görünən hissəsi olduğunu vurğulayıblar, çünki diaqnoz qoyulmuş Covid-19 infeksiyalarının yalnız bir hissəsi variantlara ayrılaraq yoxlanılır.
İngiltərənin Oksford Universitetindən Dr. Trisha Greenhalgh belə bir tvit atıb: "Deyəsən, yenidəm maska taxmağın vaxtı gəlib”.
ABŞ-ın Kaliforniya ştatındakı Scripps Research şirkətinin həkimi Dr. Erik Topol bildirib ki, İsrail və Danimarkada yaranan, sünbül zülalında 30-dan çox mutasiya ehtiva edən SARS-CoV-2 (Covid-19) variantına qarşı diqqətli olun.
Professor, London Kolleci Universitetinin riyaziyyatçısı Christina Pagel bildirib ki, bu barədə danışmaq hələ tezdir, lakin bu koronavirus variantında onu əvvəlki Omikron ştammlarından fərqləndirən çoxlu sayda yeni mutasiya var: “Bu, potensial olaraq daha böyük dalğaya səbəb ola bilər”.
Digər tərəfdən, alimlər koronavirusun sünbül zülalındakı mutasiyalardan narahatdırlar. Bunun səbəbi, bu mutasiyalar antikorların (virusla mübarizə aparan zülalların) onlara bağlanmasını və infeksiyanın qarşısını almasını daha az mümkün edir. Daha çox sayda mutasiya mövcud toxunulmazlığın daha az effektiv olması deməkdir və bu, koronavirusun bütün bədənə yayılması ehtimalını artırır. Bununla belə, elm adamları T-hüceyrələri kimi immun sisteminin digər hissələrinin virusu aşkarlaya və mübarizə apara bildiyini vurğulayırlar.
İngiltərədəki Lids Universitetinin infeksion xəstəliklər üzrə mütəxəssisi professor Stiven Qriffin bildirib ki, BA.6 variantı koronavirusun genetik quruluşunda daha böyük dəyişikliyi təmsil edir və Omikronun yeni çıxdığı vaxtları xatırladır.
Ay Tac










jpg-1694782231.webp)

jpg-1694781632.webp)






