• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

8 ayda DSMF-nin xərcləri 16 faiz artıb

CƏMİYYƏT

15 Sentyabr 2023 | 16:15 | Müəllif: Qalib İbrahimoğlu

8 ayda DSMF-nin xərcləri 16 faiz artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 8 ayında proqnozla müqayisədə 7 faiz və ya 284 mln. manat çox olmaqla 4 mlrd. 361 mln. manat təşkil edib.

Bakıvaxtı.az xəbəe verir ki, Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları yanvar-avqust aylarında proqnoza nisbətən 9 faiz və ya 283 mln. manat artaraq 3 mlrd. 374 mln. manat olub.

Son 8 ayda DSMF-nin xərcləri 4 mlrd. 29 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz və ya 562  mln. manat çoxdur.


8 ayda DSMF-nin xərcləri 16 faiz artıb
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026