• Bakı 10° C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Azərbaycan ət idxalını ARTIRDI

CƏMİYYƏT

15 Sentyabr 2023 | 16:14

Azərbaycan ət idxalını ARTIRDI

Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycan 52 777,79 min dollar dəyərində 26 723,15 ton ət idxal edib.

Bakıvaxtı.az Dövlət Gömrük Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu, həcm baxımından 2022-ci ilin 8 ayı ilə müqayisədə 573,2 ton və ya 2,2% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 7 281,94 min dollar və ya 16% çoxdur.

Ötən ilin yanvar-avqust aylarında Azərbaycana xarici ölkələrdən 26 149,91 min dollar dəyərində 45 495,85 ton ət idxal edilib.

Onu da qeyd edək ki, cari ilin yanvar-avqust aylarında ət məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,47%-ni təşkil edib.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026