• Bakı 22° C

    0.7 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Qudyalçay üzərindəki körpü uçdu - VİDEO  - YENİLƏNİB

CƏMİYYƏT

15 Sentyabr 2023 | 16:20

Qudyalçay üzərindəki körpü uçdu - VİDEO - YENİLƏNİB

Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci kilometrliyində körpünün uçması ilə əlaqədar avtomobillərin hərəkəti üçün müvəqqəti təşkil olunmuş alternativ yolda təhlükəsizliyin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə xidmət aparır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

14:12

Xaçmaz rayonunda Qudyalçayın üzərində körpünun dağılması ilə əlaqədar əraziyə dövlət rəsmiləri gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Gəndob-Xaçmaz -Yalama avtomobil yolunun 26-cı km-də, Xaçmaz şəhərinin mərkəzindən keçən körpünün dağıldığı əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə heyətinin sədri Saleh Məmmədov, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və digər qurumların rəsmiləri baş çəkiblər.

 

09:51

İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27-ci km-də, Qüdyalçay üzərində yerləşən və 1974-cü ildə inşa edilmiş avtomobil körpüsündə çökməyə səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, dərhal əraziyə Azərbaycan Avtomobvil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. Sürücülər alternativ olaraq Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisindən istifadə edə bilərlər.

***

09:19

Bu gün səhər saatlarında Xaçmazda Qudyalçay çayı üzərindəki avtomobil körpüsü uçub.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində Xaçmaz-Xudat yolu bağlanıb.

Hadisə baş verən zaman körpünün üzərində hərəkətdə olan avtomobil çay dərəsinə düşüb, xəsarət alanlar var.

Hazırda hadisə yerinə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.


Qudyalçay üzərindəki körpü uçdu - VİDEO - YENİLƏNİBQudyalçay üzərindəki körpü uçdu - VİDEO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Sentyabr 2026