• Bakı 11° C

    5.66 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Yeni avtobus zolaqları salınacaq - AYNA

CƏMİYYƏT

15 Sentyabr 2023 | 16:29 | Müəllif: Qalib İbrahimoğlu

Yeni avtobus zolaqları salınacaq - AYNA

Bu gün Azərbaycanda yeni tədris ili başlayıb. Hər il olduğu kimi, bu il də ilk dərs günü yollarda hərəkət çətinləşib, tıxac yaranıb.

Bəs il boyu belə problemlərin yaşanmaması üçün avtobus zolaqlarının çəkilməsi planlaşdırılırmı?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, yolların buraxılış imkanlarının artırılması üçün AYNA tərəfindən avtobus zolaqlarının təşkili davam etdirilir. "Hazırda zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır".

Onun sözlərinə görə, sevindirici haldır ki, bu gün hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərinə yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı müşahidə edilir.

Mətbuat katibi qeyd edib ki, bu yaxınlarda daha bir ərazidə - Zivər bəy Əhmədbəyov küçəsində xüsusi avtobus zolağı təşkil edilib. Küçə boyunca avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilib və zolağın qüvvədə olduğunu bildirən yol nişanı qoyulub.

"Sürücülərdən avtobus zolaqlarının və yol nişanlarının tələbinə əməl etmələri xahiş olunur", - deyə Tural Orucov qeyd edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026