• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yeni tədris ili üçün universitelər 10 milyonluq sifariş verdi - SİYAHI  

CƏMİYYƏT

16 Avqust 2023 | 17:45

Yeni tədris ili üçün universitelər 10 milyonluq sifariş verdi - SİYAHI

Təxminən bir aydan sonra Azərbaycanda yeni tədris ili başlayacaq. Odur ki, ali təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi və tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində tenderlər elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, dövlət universitetləri 2022-2023-cü ilin tədris ili başa çatdığı gündən bu günə kimi 10 milyon manatdan çox sifariş verib.  

14.06.2023-16.08.2023-cü il tarixlərində ən böyük məbləğdə sifariş verən universitetlərin adları bəlli olub.

Belə ki, “Bakı Dövlət Universiteti” Publik Hüquqi Şəxsİ 4,7 milyon, Azərbaycan Tibb Universiteti 1,9 milyon, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 763 min, "ADA" Universiteti 564 min, Gəncə Dövlət Universiteti  527 min, Azərbaycan Memarlıq və İnşaat Universiteti  374 min, Lənkəran Dövlət universiteti  370 min, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Federal Dövlət Muxtar Ali Təhsil Müəssisəsi İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (Seçenov Universitetinin) Bakı Filialı 342 min, Mingəçevir Dövlət Universiteti 138 min, “Bakı Mühəndislik Universiteti” Publik Hüquqi Şəxsi 114 min və Milli Müdafiə Universiteti 166 min manat sifariş veriblər.

Onu da bildirək ki, Bakı Slavyan Universiteti 99 min manat, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Publik Hüquqi Şəxsi 70 min manat, Azərbaycan Texniki Universiteti  53 min manat, “Azərbaycan Texnologiya Universiteti” Məhdud Məsuliyyətli Cəmiyyəti 29.950 manat, Azərbaycan Dövlət Aqrar Universiteti 23.880 manat və Azərbaycan Dillər Universiteti 4.500 manat dəyərində dövlət satınalması həyata keçiriblər.

Ramid İbrahimov 


Yeni tədris ili üçün universitelər 10 milyonluq sifariş verdi - SİYAHIYeni tədris ili üçün universitelər 10 milyonluq sifariş verdi - SİYAHIYeni tədris ili üçün universitelər 10 milyonluq sifariş verdi - SİYAHI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026