• Bakı 11° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Havanı çirkləndirən kafenin nümayəndəsi cəzalandırıldı

CƏMİYYƏT

17 Iyul 2023 | 23:18 | Müəllif: Subhan Mahmudov

Havanı çirkləndirən kafenin nümayəndəsi cəzalandırıldı

Nərimanov rayonu, Ağa Nemətulla küçəsi ev 26 ünvanında fəaliyyət göstərən "Ağa Çayı" kafesindən atmosfer havasına tüstünün yayılması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, Xidmət rəsmisi Xaliq Mirzəyev bildirib ki, əraziyə keçirilən baxış zamanı sözügedən iaşə obyektinin fəaliyyəti zamanı atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə kafedə qaz-toz tutucu qurğunun quraşdırılmadığı müəyyən olunub.

“Faktla bağlı kafenin səlahiyyətli nümayəndəsi Şakir Məmmədov barəsində protokol tərtib olunub. Eyni zamanda, kafedə təmizləyici qurğunun quraşdırılması məqsədilə ona məcburi göstəriş verilib”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026