• Bakı 11° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Pərvinə İsmayılova vəzifəsindən azad edildi

CƏMİYYƏT

16 Avqust 2023 | 19:56

Pərvinə İsmayılova vəzifəsindən azad edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə məxsus “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” MMC-nin direktoru Pərvinə İsmayılova vəzifəsindən azad edilib.

Bakıvaxtı.az xəbər verir ki, şirkətə rəhbərlik Nigar Məmmədovaya həvalə olunub.

Xatırladaq ki, “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” DOST Agentliyinin Müşahidə Şurasının 5 oktyabr 2021-ci il tarixli qərarı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Mərkəzin yaradılmasında məqsəd şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, aztəminatlı ailələrin və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026