Yaponiyanın ən yüksək zirvəsi, əzəmətli Fuji dağının mənzərəsində şəkil çəkdirmək məhdudlaşdırılır.
Bakıvaxtı.az "BBC"yə istinadən bildirir ki, bu qərar yerli sakinlərin şikayəti əsasında qəbul olunub.
Yerli sakinlər Fiju dağının mənzərəsində şəkil çəkdirmək üçün gələn turistlərin küçələri zibilləməsindən narazılıq ediblər.
Yaponiyanın küçələrini, məşhur yerlərini və özünəməxsus yaşayış tərzini qorumaq üçün səlahiyyətli şəxslər Fiju dağının mənzərəsinin qarşısını alacaq addım atıblar. Belə ki, mənzərənin görünməsinə şərait yaradan ərazilər hasarlanıb.
Bildirilib ki, bu addım turistlərin qarşısını almaq üçün həyata keçirilir.
Gülşən Şərif