• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ərdoğan-Putin görüşündə bu məsələlər müzakirə olunacaq

DÜNYA

20 Iyun 2024 | 10:33

Ərdoğan-Putin görüşündə bu məsələlər müzakirə olunacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmağı planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Habertürk” telekanalı məlumat yayıb.

Kanal qeyd edir ki, bu görüşün gündəliyinə Ukraynadakı münaqişə, taxıl tədarükü kontekstində Qara dəniz mövzusu, “Akkuyu” AES-də işlərin gedişi, qaz ticarəti mərkəzinin yaradılması perspektivləri, Suriyanın şimalındakı kürd bölgələrində seçkilər kimi məsələlər daxil ola bilər.

İyunun 11-də Putin Astanada keçiriləcək sammit çərçivəsində Ərdoğanla görüşəcə biləcəyini istisna etməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026