Mərmərə dənizinin İstanbula yaxın olan ərazisində 4,1 bal gücündə zəlzələ baş verib.
Bakıvaxtı.az türk mediasına istinadən xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələnin ocağı Mərmərə adasının yaxınlığında, təxminən yeddi kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar şəhərdən təxminən yüz kilometr aralıda hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.