• Bakı 13° C

    5.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yararsız balıq məhsulları və akoqolsuz içkilər məhv edildi

CƏMİYYƏT

12 May 2022 | 20:18 | Müəllif: Subhan Mahmudov

Yararsız balıq məhsulları və akoqolsuz içkilər məhv edildi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan Bakıvaxtı.az-a verilən məlumata görə, "Fenix Trade" MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 960 kq balıq məhsulları və akoqolsuz içkilər "Təhlükəli Tullantılar" MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026