• Bakı 15° C

    2.38 m/s

Gələn həftədən rus bölməsi üçün məktəb və müəllim seçiminə başlanılacaq

CƏMİYYƏT

11 Iyun 2022 | 14:22 | Müəllif: Subhan Mahmudov

Gələn həftədən rus bölməsi üçün məktəb və müəllim seçiminə başlanılacaq

13 iyun saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə tədris digər dillərdə aparılan siniflər üçün məktəb və müəllim seçiminə başlanılacaq.

Təhsil Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, belə ki, dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı müsahibədən uğurla keçən uşaqlar üçün valideynləri tərəfindən qeyd edilən tarixdən məktəb və müəllim seçiminə dair sorğular yerləşdirilə bilər.

Həmin tarixdən rus bölməsi üzrə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə qəbulla bağlı prioritetlər üzrə məktəb seçimi və prioritetlər üzrə üstünlüyə malik olmayanlar üçün müsabiqəyə yazılma (Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbi də daxil olmaqla) prosesinə də başlanılacaq.

20 iyun saat 18:00-da isə rus bölməsi üzrə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinə müsabiqəyə yazılma prosesi bitir. 21-30 iyun tarixlərində də müsabiqələrin keçirilməsi planlaşdırılır.

5 iyul saat 11:00-dan etibarən isə I siniflərinə qəbul müsabiqə yolu ilə aparılan ümumi təhsil müəssisələrinin prioritetlər üzrə seçim etmiş və müsabiqədən uğurla keçən uşaqlar üçün müəllim seçiminin aparılması prosesinə başlanılacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Oktyabr 2026