• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

TƏBİB-dən XƏBƏRDARLIQ: Günvurma zamanı ilk yardım necə olmalıdır?

CƏMİYYƏT

11 Iyul 2022 | 14:14 | Müəllif: Subhan Mahmudov

TƏBİB-dən XƏBƏRDARLIQ: Günvurma zamanı ilk yardım necə olmalıdır?

Hər yay həkimlər təkrar-təkrar xəbərdarlıq edirlər: isti hava uzun gəzintilər və ağır fiziki işlər üçün uyğun hava deyil. Bütün bunlar gün vurması ilə bitə bilər. Günvurmanın nəticələri - ürəkbulanma, qusma və halsızlıq vəziyyətindən başlayaraq, koma və ürək tutmasına qədər, sağlamlıq üçün təhlükəli hala gələ bilər.

TƏBİB-dən bildirilib ki, bu il yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 16 nəfər müraciət edib.
Onlardan 13 nəfəri hospitalizasiya edilib, 3 nəfərə yerində yardım göstərilib.
Müraciət edənlərdən 13-ü böyük, 3-ü uşaq olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata əsasən, Bakıda və Abşeron yarımadasında iyulun 11-dən 15-dək havanın maksimal temperaturunun 33-38°, bəzi yerlərdə 40°-dək yüksələcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə iyulun 11-dən 15-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 34-39°, bəzi yerlərdə 42°, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.

Maraqlıdır, günvurma zamanı ilkin tibbi yardım necə olmalıdır?

Günvurma zamanı ilkin tibbi yardım olaraq zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır.

Zərərçəkənə soyuq su verilməli, üzü və sinəsi soyuq su ilə silinməlidir. Daha sonra başının, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres etmək lazımdır.

İlkin tibbi yardımdan sonra dərhal təcili tibbi yardım çağırmaq və ya zərərçəkəni yaxınlıqda olan tibb müəssisəsinə çatdırmaq vacibdir.

İbRa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026