Türkiyənin Elazığ vilayətində xəstə həkimi silahla təhdid edib.
Bakıvaxtı.az xəbər verir ki, hadisə özəl xəstəxanaların birində baş verib. Belə ki, beynindən şikayətlərinin olduğunu deyən xəstə həkimdən MRT olunmasını tələb edib. Əvvəllər də eyni şikayətdən MRT çəkildiyini bildirən həkim xəstəyə sağlam olduğunu deyib. Bu zaman xəstə silah çıxarıb. “Beynimdə çip var, Amerika məni dinləyir. Onu tap və çıxar”, - deyə hədələyib.
“Məni hədələdi ki, güllələri beyninə boşaldacağam. Silahı çıxaranda onun üstünə cumdum. 15 dəqiqə mübarizə apardıq. Silah hər an partlaya bilərdi. Birimiz ölə bilərdik”, - deyə həkim vurğulayıb.
Xəstə polis qrupları tərəfindən nəzarətə alınıb.
Daha sonra gətirildiyi məhkəmə tərəfindən həbs edilib.
















