• Bakı 8° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycan daha 5 erməni hərbçini geri qaytardı -YENİLƏNİB

CƏMİYYƏT

08 Sentyabr 2022 | 22:07

Azərbaycan daha 5 erməni hərbçini geri qaytardı -YENİLƏNİB

Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

Qeyd edilib ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də aşağıda adları qeyd olunan 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib:

- Aqramanyan Martin Muşeqoviç - 23.05.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Gevorkyan Aşot Artakoviç - 30.06.1997-ci il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Qriqoryan Feliks Arşakoviç - 23.12.1996-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Manukyan Varazdat Amuşavan - 07.07.1990-cı il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı;

- Hovsepyan Edik Tiqrani - 02.08.1999-cu il təvəllüdlü, Ermənistan Respublikasının vətəndaşı.

***17:40

Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq bu gün daha 5 erməni hərbi qulluqçunu Ermənistana təhvil verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Haqqin.az” yayıb.

Məlumata görə, sözügedən hərbçilərin təhvil verilməsi prosesi Ermənistanla sərhədyanı zonaların birində baş tutacaq.

***

Bakıvaxtı.az xəbər verir ki, Ali Məhkəmədə bu gün keçirilən iki prosesdə Vətən Müharibəsindən sonra Azərbaycan sərhədlərini pozduğu üçün həbs edilmiş bir neçə erməni məhkumun cinayət işinə baxılıb.

Onların kassasiya şikayəti üzrə keçirilən iki iclasda Bakı Apellyasiya Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilib. Həmin şəxslərin cəza müddəti 6 ildən 1 il 6 ay - 1 il 8 ay müddətlərə endirilib. Məhkumlar bu müddəti həbsxanada keçirdiyi üçün cəzaları bitmiş sayılıb və onlar cəzaçəkmə müəssisəsindən azad edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026