• Bakı 14° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

Füzulidə traktor MİNAYA DÜŞDÜ - YENİLƏNİB

CƏMİYYƏT

08 Oktyabr 2022 | 22:03 | Müəllif: Qalib İbrahimoğlu

Füzulidə traktor MİNAYA DÜŞDÜ - YENİLƏNİB

Xəbər verildiyi kimi, Ağdam rayonu ərazisində təmir-tikinti işləri aparılarkən 2 nəfər şəxsin minaya düşməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, araşdırma zamanı daha bir şəxsin- 1983-cü il təvəllüdlü Səxavət Abduxalıqovun da xəsarət alması müəyyən edilib.

Daha sonra Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində təmir-tikinti işləri aparılarkən traktorun partlamamış silah-sursata dəyərək partlaması nəticəsində traktora maddi ziyan dəyməsi, lakin hər hansı bir şəxsin xəsarət almaması müəyyən edilib.

Hazırda hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

 

***20:37

İşğaldan azad edilmiş Fizuli rayonunda yol-tikinti təsərrüfatında işləyən traktor minaya düşüb.

Bu barədə Bakıvaxtı.az-a Daxli İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026