“Bu il III ixtisas qrupu üzrə abituriyentlərin şansı daha yaxşıdır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspert qeyd edib ki, 2022-ci ildə III ixtisas qrupu üzrə 200-dən çox bal toplayan abituriyentlərin sayı 13796 nəfər olub:
“2021-ci ildə III ixtisas qrupu üzrə 200-dən çox bal toplayan abituriyentlərin sayı 14128, 2020-ci ildə isə 15368 nəfər olub. Rəqəmlərdən göründüyü kimi, bu il III ixtisas qrupu üzrə abituriyentlərin şansı daha yaxşıdır. Plan yerlərinin sayında artım, yüksək bal toplayan abituriyentlərin sayında azalma müşahidə olunur”.
Nuranə Daxilqızı
















