• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Biabırçı testlər, itirilən nəsillər - Etibar Əliyev ümidsizdir

CƏMİYYƏT

11 Iyul 2022 | 12:48 | Müəllif: Qalib İbrahimoğlu

Biabırçı testlər, itirilən nəsillər - Etibar Əliyev ümidsizdir

“Ali təhsil müəssisələrinə qəbulda "İnformatika" fənninə yeni status verilməsi abituriyentlərə bu fənni tədris edən müəllimlər üçün yeni tədris vəsaitlərinə zərurət yaradıb. Dövlət İmtahan Mərkəzinin hazırladığı “İnformatika” vəsaitinə baxandan sonra məndə ümidsizlik yarandı”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Etibar Əliyev bildirib.

Deputat qeyd edib ki. sözügedən kitab imtahanlara hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün nəzərdə tutulub: “Gəlin, şəkillərini verdiyim səhifələrdəki bir neçə biabırçı test tapşırığına birgə baxaq:

Test: Taktil informasiyadır:

A) eynək taxıb kitab oxumaq

B) fonendoskop, eynək, qulaqcıq (?)

C) qaşıqla stəkanda şəkəri qarışdırmaq

D) açıq havada musiqini dinləmək

E) monitora baxmaq.

Testin ifadə forması yanlışdır. A, B, C variantlarının hər üçündə taktil, yəni toxunmaqla informasiya var. Bu xarakterli test ibtidai siniflər üçündür, bunun qəbula nə dəxli var?

Test: "Qutablar çox duzludur", -dedi baba. O, hansı doğru orqanı ilə bunu hiss etdi?

A) göz, qulaq (?),

C) burun,

D) dəri,

E) dil

Burada isə ümumiyyətlə, şərhə ehtiyac yoxdur. Uşaq baxçalarında uşaqlar üçün olan testdir.

Davam edək: 1-ci siniflər üçün olan test abituriyentlərə verilir: İnsan teatrda operaya tamaşa edərkən informasiyanın qəbulunda hansı duyğu orqanları iştirak edir?

A)göz, qulaq

B)göz, dər, burun (?),

D) burun, dil, dəri

E) dəri, burun

C) dəri, qulaq

Bu testdəki savadsızlığa diqqət edin: Hökumətin informasiya modelini əks etdirən sənədlərə daxildir:

A) ölkənin əsas qanunu

B) ölkənin coğrafi xəritəsi (?)

C) siyasi terminlərin orfoqrafik lüğəti

D) Milli məcliisin tərkibi

E) əhali və səhiyyəyə aid statistik verilənlər Siyasi terminlərin orfoqrafik lüğəti? Terminlərin orfoqrafik lüğəti də olur? Görsənir ki, testi tərtib edənlər mütaliədən kənar qalan və adları çəkilən müəlliflərin əsərlərindən bixəbər olan adamlardır”.

E.Əliyev bildirib ki, bunlar nəzər yetirdiy testlərin bir neçəsidir: “Daha biabırçı formada tərtib olunan testlər onlarladır. İnformasiya təhlükəsizliyindın, kibercinayətlərdən müdafiə olunmaqdan, Silikon vadisindən, Startablardan danışırıq sonra isə belə urvatsız test tapşırıqları tərtib edirik. Dünyada gedən proseslərdən də xəbərləri yoxdur. Ancaq imitasiyanı elə gurultulu təqdim edirlər ki, biməyənlər buna həqiqət kimi baxırlar. Biri STEAM adı altında Çin oyuncaqlarını nümayiş etdirir, digəri isə belə urvatsız testlərin tərtib olunmasına rəvac verir. İtirilən nəsillərə isə heç biri cavabdehlik daşımır...”

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026