• Bakı 25° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Şəhid anasını söyən müəllim HƏBS EDİLDİ

CƏMİYYƏT

11 Iyun 2022 | 15:47 | Müəllif: Subhan Mahmudov

Şəhid anasını söyən müəllim HƏBS EDİLDİ

Beyləqan rayonunda şəhid anasını söyən müəllim həbs edilib.   

Bakıvaxtı.az-ın xəbərinə görə, rayonun Qəhrəmanlı kəndində yaşayan şəhid Emin Məmmədovun anası Səbinə Cəfərovanı ağır söyüşlərlə təhqir edən müəllim ötən gün Beyləqan Rayon Məhkəməsinin qərarı ilə 7 gün azadlıqdan məhrum edilib.  

Həbs edilən şəxs Hətəmov Turan Bəhmən oğlu əslən Füzuli rayonundandır.  

O, Beyləqanın Qəhrəmanlı kəndində yerləşən Füzuli rayonu 16 saylı məktəbdə informatika müəllimi işləyir.  

Onu da qeyd edək ki, məhkəmə prosesi zamanı Turan Hətəmov psixoloji problemləri olduğunu, həmçinin bu səbəbdən tez-tez psixotrop həblər qəbul etdiyini deyib.  

Xatırladaq ki, şəhid anası ilə müəllim arasında mübahisə şəhidin xatirə lövhəsinin ətrafının çirkləndirilməsi ilə bağlı olub. O, şəhid anasına ağır söyüşlər söyərək təhqir etmişdi.(Bizim.Media)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026